Ðóññêàÿ âåðñèÿ English version
05 Noyabr 2018
Evsen Şirkətlər Qrupu və Evsen Fondu İspaniyada "III Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda Beynəlxalq Konfrans keçirtdi
24 Aprel 2018
"Evsen" Şirkətlər Qrupunun Prezidenti Ali Evsen Türkiyənin Baş Naziri Binəli Yıldırımla görüşünə dəvət olundu
15 Aprel 2018
"Evsen" Group və "Evsen" Fondunun Prezidenti Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq kraliça Sofiyaya təqdim etdi
15 Aprel 2018
"Evsen" Fondunun təşkilati dəstəyi ilə Madriddə XXIII "KERMES 2018" beynəlxalq xeyriyyə bazarı keçirilib
07 Noyabr 2017
İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında "Evsen" Şirkətlər Qrupu və Foundation "Evsen"in prezidenti Ali Evsen cənablarını qəbul edib
07 Noyabr 2017
İspaniya prezidenti Mariana Raxoy kral sarayında "Evsen" Şirkətlər Qrupu prezidenti Ali Evsen ilə görüşdü
06 Noyabr 2017
"Evsen" Şirkətlər Qrupu və Fundacion "Evsen"in təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə "II İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda
08 Avqust 2017
"EVSEN" Şirkətlər Qrupu ölkəmizin sənaye potensialına öz töhfələrini verir!
2016 Xəbər Arxivi 
2015 Xəbər Arxivi 
2014 Xəbər Arxivi 
2013 Xəbər Arxivi 
2012 Xəbər Arxivi 
2011 Xəbər Arxivi 
2010 Xəbər Arxivi 
2009 Xəbər Arxivi 
2008 Xəbər Arxivi 
2007 Xəbər Arxivi 
22102007
2007 -ci ilin oktyabrın 22 -i "Evsen" Şirkətlər Qrupunun xarici əlaqələr üzrə Vitse Prezidenti Əli Yahya Zebeba Böyük Britaniya Krallığının baş naziri Golden Brown və keçmiş baş nazir Toni Bleyrlə görüşlər keçirmiş və Cloudstreetdə nahar ziyafəti verilmişdir.
16102007
2007 -ci ilin oktyabrın 16-ı "Evsen" Şirkətlər Qrupunun xarici əlaqələr üzrə Vitse Prezidenti Əli Yəhya Zebebanın işguzar səfəri Böyük Britaniya Krallığında davam etdi. Xəbərin ardını izləyin...
14102007
2007 -ci ilin Oktyabr ayının 14-ü "Evsen" Şirkətlər Qrupunun xarici əlaqələr üzrə Vitse Prezidenti Əli Yəhya Zebebanın Küveyt ölkəsinə işgüzar səfəri başlandı.
Səfər zamanı Küveyt ölkəsinin iş adamları və aparıci şirkətlərin rəhbərləri ilə görüşlər, eləcə də "Evsen" Şirkətlər Qrupunun istehsal etdiyi məhsulların təqdimatı keçirilıəcək.
11032007
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində mart ayının 3-5 -i tarixlərində İKCO (İran Khodro) -nun xarici nümayəndəliklərinin ilk illik konfransından eksklüziv görüntülər "EVSEN" Şirkətlər Qrupunun rəsmi internet səhifəsinin foto arxivində yerləşdirilmişdir.
07032007
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində mart ayının 3-5 -i tarixlərində İKCO (İran Khodro) -nun xarici nümayəndəliklərinin ilk illik konvensiyası keçirilmişdir. Konvensiyada iştirak etmək üçün dünyanın bir sıra ölkələrindən: Suriya, İraq, Livan, İordaniya, Səudiyyə Ərəbistan, Əlcəzair, Misir, Liviya, Küveyt, Sudan, Türkiyə, Əfqanıstan, Bolqarıstan, Rusiya, Belorusiya, Uklayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tadjikistan kimi dövlətlərindən nümayəndələr təşrif buyurmuşdular. Azərbaycan Respublikasından konvensiyada iştirak etmək üçün Evsen şirkətlər qrupunun prezidenti Ali Evsen, vitse-prezident Abduqafur Abdurrəhmanov, Sadık Ercan və Firidun Göyüşov dəvət edilmişdilər.
Konfrans ərəfəsində bir çox məsələlər müzakirə edilmiş və fikir mübadilələri aparılmışdır. Konfransın son günü 2006 cı ilin ən yaxşı distribyutor adına Evsen Şirkətlər Qrupu (Azərbaycan) layiq görülmüşdür. Ölkələr ardıcıllığı ilə isə aşağıdakı kimi formalaşmışdır:
  1. Azərbaycan
  2. Suriya
  3. Rusiya
  4. İraq
İlin ən yaxşı distribyutor adını təltif edərkən bir sıra amillər nəzərə alınmışdır: Satılmış maşınların sayı, onların istehsal, istehsal keyfiyyəti, servis göstəricilərinin növləri və s. mühüm rol oynamışdır. Konfrans ərəfəsində İKCO nun başlıca istehsal zavodları, servis mərkəzlərinin iş prinsipləri ilə yaxından tanışlıq olmuşdur.
Konfrans başa çatdıqdan sonra İKCO nun prezidenti Cənab Manteghi və Evsen Şirkətlər Qrupunun prezidenti Ali Evsen və onları təmsil edən vəzifəli şəxslərin iki tərəfli görüşləri olmuşdur. Görüş zamanı yaradılmış mövcud iş birliyi və onların daha da möhkəmləndirilməsi, şirkətlərin gələcək perspektivləri, bazar iqtisadiyyatı durumunda istehlakçıların zövq nişanəsini analiz edərək yeni maşın çeşidlərinin istehsalını, həmçinin bununla kifayətlənməyərək onların ayrı-ayrı yığılan hissələrinin istehsalının genişləndirilməsi, bundan əlavə ictimai nəqliyyatların (avtobusların) istehsalı mümkünlüyü də müzakirə mövzusu olmuşdur. Martın 5-i İKCO (İran Khodro) -nun xarici nümayəndəliklərinin ilk illik konfransı rəsmi olaraq başa çatmışdır.
01032007
Prezident İlham Əliyev "Evsen" Şirkətlər Qrupuna daxil olan Məişət Avadanlıqları Zavoduna baş çəkib. "EVSEN" Şirkətlər Qrupunun prezidenti Əli Evsen prezidentə məlumat verib ki, Məişət Avadanlıqları Zavodu bu ilin may ayından başlayaraq soyuducu, kondisioner və paltaryuyan maşın istehsal edəcək. İl ərzində müəssisədə müxtəlif tipli 300 min kondisioner, 200 min soyuducu və 150 min paltaryuyan maşın buraxılacaq. Avadanlıq, əsasən, Tayvan, Çin, İtaliya, Yaponiya və ABŞ-dan gətirilib. Zavodda 1500 nəfər işləyəcək, onların orta aylıq əmək haqqı 150-160 manat təşkil edəcək. VIDEO
27022007
"EVSEN" şirkətlər qrupu 2007-ci ilə yeni layihələrlə başlamışdır. Belə ki, şirkət yeni ildə yeni məişət əşyalarının satışı öz alıcılarını bir daha sevindirmişdir. Bu məişət əşyalarına toz soranlar, elektrik və qaz sobaları, kompüter avadanlıqları, mobil telefonlar və.s digər əşyalar aiddir.
Eyni zamanda qeyd etməliyik ki, bu il Şirkətimiz dünyada tanınmış "Lenovo" şirkətlər qrupu ilə iş birliyi qurmuşdur. Belə ki, Azərbaycanda ilk dəfə "ELİTE" Ticarət Mərkəzində “İBM” texnologiyasında yığılmış "Lenovo" kompüterlərinin ən sərfəli şərtlərlə satışı, texniki xidməti təşkil edilmişdir. Kompüterlərin satışı 3 il zəmanətlə, 30 aylıq kredit şərtləri ilə, ilkin ödənişli və ödənişsiz həyata keçirilməsini təmin edir. Hər bir kəs öz istəyinə uyğun yüksək sürətli və etibarlı dayanaqlığa malik "Lenovo" kompüterlərini "ELITE" Ticarət Mərkəzinin 4 cü mərtəbəsində xoş personalımız və mütəxəssislərimizin məsləhətləri ilə əldə edə bilər.
20022007
Sizə təcili olaraq tam güvənə biləcəyiniz mobil telefon lazımdır? Lakin mobil telefonu əldə etmək üçün heç bir maliyyə mənbəyiniz yoxdur!!! Bu zaman nə etməli olduğunu bilmirsinizsə o zaman "ELITE" Ticarət Mərkəzinə gəlin. Burada Siz sərfəli kredit və ilkin ödəniş olmadan, 1 il zəmanətlə Sony Ericsson mobil telefonlarını əldə edə bilərsiniz. Burada Sony Ericsson mobil telefonlarının K790, Z310, Z520, Z530, Z550, Z610, Z710, W300, W700, W710, W810, W850, W880, W950, M600, P990, K550, J230, K320, K510 sadalanan markalarından zövqünüzə uyğununu seçib əldə edə bilərsiniz.
11022007
"ELITE" Ticarət Mərkəzində tozsoranların sərfəli şərtlərlə 30 ay müddətində, 1 il zəmanətlə satışı təşkil edilmişdir.
05022007
"EVSEN" Şirkətlər Qrupunun prezidenti Ali Evsen şirkətlər qrupunun regional filial rəhbərləri ilə görüşü təşkil edilmişdir. Görüş zamanı filialların işinin daha səmərəli fəaliyyət göstərməsi, əhalinin bu və ya digər tələbatlarının öyrənilməsi və onların sərfəli şəkildə həll edilməsi yöndə yardım edilməsi barədə müzakirələr aparılmışdır. Həmçinin görüş zamanı "EVSEN" Şirkətlər Qrupunun bu və ya digər şirkətlərinin Azərbaycanın iqtisadiyyatında tutduğu rol və bu istiqamətdə satış siyasətinin inkişaf etdirilməsi başlıca amil olmuşdur.
01012007
Bu gün "EVSEN" Şirkətlər Qrupunun rəsmi internet səhifəsi açılmışdır.
Əsas səhifə
Saytın xəritəsi
Linklər