Ðóññêàÿ âåðñèÿ English version
05 Noyabr 2018
Evsen Şirkətlər Qrupu və Evsen Fondu İspaniyada "III Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda Beynəlxalq Konfrans keçirtdi
24 Aprel 2018
"Evsen" Şirkətlər Qrupunun Prezidenti Ali Evsen Türkiyənin Baş Naziri Binəli Yıldırımla görüşünə dəvət olundu
15 Aprel 2018
"Evsen" Group və "Evsen" Fondunun Prezidenti Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq kraliça Sofiyaya təqdim etdi
15 Aprel 2018
"Evsen" Fondunun təşkilati dəstəyi ilə Madriddə XXIII "KERMES 2018" beynəlxalq xeyriyyə bazarı keçirilib
07 Noyabr 2017
İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında "Evsen" Şirkətlər Qrupu və Foundation "Evsen"in prezidenti Ali Evsen cənablarını qəbul edib
07 Noyabr 2017
İspaniya prezidenti Mariana Raxoy kral sarayında "Evsen" Şirkətlər Qrupu prezidenti Ali Evsen ilə görüşdü
06 Noyabr 2017
"Evsen" Şirkətlər Qrupu və Fundacion "Evsen"in təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə "II İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda
08 Avqust 2017
"EVSEN" Şirkətlər Qrupu ölkəmizin sənaye potensialına öz töhfələrini verir!
2016 Xəbər Arxivi 
2015 Xəbər Arxivi 
2014 Xəbər Arxivi 
2013 Xəbər Arxivi 
2012 Xəbər Arxivi 
2011 Xəbər Arxivi 
2010 Xəbər Arxivi 
2009 Xəbər Arxivi 
2008 Xəbər Arxivi 
2007 Xəbər Arxivi 
05092008
   "Evsen" Şirkətlər Qrupu Sizi Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan Öz gözəl nemətlərini sizlərdən əsirgəməməsini diləyirik.
   Bu ülvi bayramın əzəmət və fərəhi o qədər böyük, məğzi və mahiyyəti o qədər cahanşümuldur ki, onun bütün dərinliklərinə vaqif olmaq insana hədsiz səadət, hüdudsuz fəxarət bəxş edir.
   Şükürlər olsun ki, xalqımız ildən-ilə Ramazan bayramının qüdsal fəlsəfəsindən irəli gələn dəyərlərə daha artıq dərəcədə sahib olur, ibadətdən hədsiz şərəf duyur. Ramazanın təlqin etdiyi gözəl cəhətlər sırasında dözüm, mərhəmət, xeyirxahlıq, kasıblara, kimsəsizlərə əl tutmaq, yaxınlarla paylaşmaq və s. bu kimi Allaha xoş gedən məqamlar bəşər övladının mənəvi intibahına şamildir.
   Bu əziz gündə biz inanırıq ki, möhtərəm dövlət başçımız İlham Əliyev həzrətlərinin rəhbərlik bacarığı və qətiyyətli fəaliyyəti sayəsində dövlətçiliyimiz inamla, davamlı olaraq tərəqqi və intibah yolu ilə irəli gedəcək, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da güclənməsi təmin olunacaqdır.
   Dövlət rəhbərinin mənəviyyat sahəsinə münasibətdə nümayiş etdirdiyi misilsiz qayğı və ali himayə bizləri xüsusilə sevindirir və rifah dolu uğurlu gələcəyə inamımızı gücləndirir. Belə ki, məhz mənəviyyatı güclü olan və onu daim inkişaf etdirən xalq tərəqqi və səadətə qovuşmağa layiqdir.
   Qurani-Kərim"in nazil edildiyi müqəddəs Ramazan ayı bəşər mənəviyyatı tarixində dərin iz qoyan mübarək aylardandır. Tarix boyu özünün zəngin milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq qalmış Azərbaycan xalqı dünya müsəlmanları ilə həmrəylik nümayiş etdirərək bu mübarək günləri böyük təntənə ilə qarşılayır. "Din qarşısında öz vicdan borcunu yerinə yetirən və Ramazan ayının sınaqlarından alnıaçıq çıxan hər bir vətəndaşımız bu günü böyük fərəhlə bayram edir.
   Cəmiyyətdə birlik və bərabərliyin təntənəsinə çevrilən Ramazan bayramı ölkəmizin sabahı olan gəncliyin dərin mənəviyyata və yüksək əxlaqa sahib bir nəsil kimi Vətənə sədaqət ruhunda yetişməsində də mühüm rol oynayır".
   Ramazan müsəlman təqvimində ən müqəddəs aydır və mühüm bayramdır. İslam təliminə görə, bu ay Allah öz iradəsini Quran formasında Məhəmməd Peyğəmbərə nazil etmişdir. Ramazan həm də dostlar və qohumlarla bir yerə toplaşmaq və Allahın mərhəmətinə xeyriyyəçilik yolu ilə təşəkkür etmək imkanıdır. Ramazan və qarşıdakı bayramlar hamımızı birləşdirən ümumi dəyərləri xatırlamaq üçün gözəl vaxtdır. Onların etiqadlarına sadiqliyi ölkəmizdə dini azadlığın mövcudluğunu bizə bir daha xatırladır.
   Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın bütün ülvi arzu və niyyətləri gerçəkləşin.

22052008
   Şamaxıda beynəlxalq biznes konfransı keçiriləcək. Bu məqsədlə May ayının 23, 2008 tarixində "Evsen" Şirkətlər Qrupu və İqtisadi İnkişaf Nazirliyi Şamaxı şəhərində "Evsen" Şirkətlər Qrupunun mərkəzi gərargahında press konfrans təşkil etmiş və bir sıra yerli və xarici kütləvi informasiya agentliklərini, media və televiziya nümayəndələrini bir araya toplamışdır. Press Konfransı giriş sözü ilə açan "Evsen" Şirkətlər Qrupunun prezidenti aşağıdakıları bildirmişdir:

"Azərbaycanın İqtisadi yüksəlişini təhlil etmək, xarici iş adamlarının Azərbaycanda öz biznes fəaliyyətlərini qurmaq, eləcə də müxtəlif beynəlxalq şirkətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri yaratmaq məqsədilə May ayının 27-də Şamaxı Şəhərində “Azərbaycan (Şamaxı) 1-ci Beynəlxalq Biznes Konfransı” keçiriləcəkdir. Konfransda xarici sərmayələrin regionlara və özəl sektora istiqamətlənməsi barədə məlumat veriləcək. İqtisadi İnkişaf Nazirliyi və "Evsen" Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçiriləcək konfransda xarici sərmayələrin regionlara və özəl sektora istiqamətlənməsi, Azərbaycanın Türkiyə, Çin, Rusiya, İran və digər ölkələrlə iqtisadi əlaqələri barədə məlumat veriləcək, işgüzar əlaqələrin qurulmasına şərait yaradılacaq".

   Biznes nümayəndələri arasında görüşlər və biznes layihələrinin təqdimati keçiriləcək. 'Evsen' Şirkətlər Qrupunun prezidenti Ali Evsen bildirib ki, konfransda həmçinin Azərbaycanda, xüsusilə regionlarla yaradılan sahibkarlıq mühiti barədə xarici investorlara məlumat veriləcək. Dünyanın müxtəlif ölkələrindən 600-dək qonağın iştirak edəcəyi konfransın hər il keçirilməsi nəzərdə tutulmuşdur.
   Daha sonra İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Emil Məcidov çıxış etmiş və "Evsen" Şirkətlər Qrupunun prezidenti və onun komandasına bu çətin işdə uğurlar arzulamış və Azərbaycan İqtisadiyyatının möhkəmlənməsi və qüdrətli olması naminə gördüyü işlərə görə təşəkkürlərini bildirmişdir.
   Sonda KİV nümayəndələrinin sualları cavablandırılaraq rəsmi press-konfrans sona bitmişdir.

28052008
   Azərbaycanın İqtisadi yüksəlişini təhlil etmək, xarici iş adamlarının Azərbaycanda öz biznes fəaliyyətlərini qurmaq, eləcə də müxtəlif beynəlxalq şirkətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri yaratmaq məqsədilə May ayının 27-də Şamaxı şəhərində "Evsen" Şirkətlər Qrupunun təşkilatçılığı ilə “Azərbaycan (Şamaxı) 1-ci Beynəlxalq Biznes Konfransı” keçirilmişdir.
   Forumda dövlət rəsmiləri ilə yanaşı yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri, müxtəlif nazirlik və səfirlik nümayəndələri, milli məclis üzvləri, iş adamları və alimlər iştirak edirdilər.
   Hazırda Respublikamızda böyük beynəlxalq layihələr həyata keçirilir. Son illər ölkəmizdə aparılan iqtisadi islahatlar, uğurlu daxili və xarici kurs Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.
   Tədbirin təşkilatçısı "Evsen" Şirkətlər Qrupunun prezidenti Ali Evsen konfransın məqsəd və vəzifələri barədə aşağıdakıları dedi:

"Bildiyiniz kimi, yeni əlaqələrin qurulmasında bu cür tədbirlərin rolu böyükdür. Çünki belə görüşlərin nəticəsində davamlı əməkdaşlıq və yeni-yeni tərəfdaşlar qazanmaq imkanı yaranır. Konfransın qarşısına qoyduğu əsas məqsəd regionların sosial-iqtisadi inkişafı çərçivəsində xarici sərmayələrin özəl sektora istiqamətləndirilməsi, özəl sektorun inkişafından ötrü yaradılan əlverişli investisiya mühiti, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi, Azərbaycanın Türkiyə, Çin, Rusiya, Iran və digər ölkələrlə iqtisadi münasibətlərinin perspektivləri, Azərbaycanda xarici sərmayələrin təşviqi üçün qanunvericilik bazasının yaradılması, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında özəl sektorun rolu haqqında yerli və xarici iş adamlarına məlumat verməkdən ibarətdir.

   Proqram çərçivəsində Azərbaycan, Türkiyə, Çin, Iran, Baltikyanı ölkələr, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Pakistan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Belarusdan olan şirkət və müəssisələr arasında biznes müzakirələri, Azərbaycan, Türkiyə, Çin və Iranın əsas biznes şəhərlərinin iqtisadi bazarlarının monitorinqinin aparılması, geniş əhatəyə malik xarici ticarət müəssisələrinin və şirkətlərin təqdimatı, nümayəndələrin şirkətlərdə görüşləri, Azərbaycanın Sənaye-Ticarət Palatasında, hökumət qurumlarında və müvafiq iqtisadi strukturlarda görüşlər də keçirilmişdir.
   İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və «Evsen» Şirkətlər Qrupu tərəfindən keçirilən konfransda «Azərbaycanın iqtisadi inkişafında xarici sərmayələrin rolu», «Azərbaycanda xarici sərmayə üçün əlverişli mühitin və qanunvericilik bazasının yaradılması», «Azərbaycan-Çin iqtisadi münasibətləri və perspektivləri», «Azərbaycan-İran iqtisadi münasibətləri və perspektivləri», «Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və perspektivləri», «Şamaxı rayonunun sosial-iqtisadi inkişafında özəl sektorun gördüyü işlər və yatırdığı sərmayələr» və başqa mövzularda məruzələr dinlənilmiş, işgüzar əlaqələrin yaradılmasına şərait yaradılmışdır.
   "Evsen" Şirkətlər Qrupu tərəfindən təşkil edilən tədbirdə 450 nəfərdən artıq nümayəndə qatılmışdır. Bu möhtəşəm tədbirin ənənəvi olaraq daima keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı www.conference-shamakhi.az saytından izləyə bilərsiniz
Əsas səhifə
Saytın xəritəsi
Linklər