Ðóññêàÿ âåðñèÿ English version
05 Noyabr 2018
Evsen Şirkətlər Qrupu və Evsen Fondu İspaniyada "III Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda Beynəlxalq Konfrans keçirtdi
24 Aprel 2018
"Evsen" Şirkətlər Qrupunun Prezidenti Ali Evsen Türkiyənin Baş Naziri Binəli Yıldırımla görüşünə dəvət olundu
15 Aprel 2018
"Evsen" Group və "Evsen" Fondunun Prezidenti Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq kraliça Sofiyaya təqdim etdi
15 Aprel 2018
"Evsen" Fondunun təşkilati dəstəyi ilə Madriddə XXIII "KERMES 2018" beynəlxalq xeyriyyə bazarı keçirilib
07 Noyabr 2017
İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında "Evsen" Şirkətlər Qrupu və Foundation "Evsen"in prezidenti Ali Evsen cənablarını qəbul edib
07 Noyabr 2017
İspaniya prezidenti Mariana Raxoy kral sarayında "Evsen" Şirkətlər Qrupu prezidenti Ali Evsen ilə görüşdü
06 Noyabr 2017
"Evsen" Şirkətlər Qrupu və Fundacion "Evsen"in təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə "II İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda
08 Avqust 2017
"EVSEN" Şirkətlər Qrupu ölkəmizin sənaye potensialına öz töhfələrini verir!
2016 Xəbər Arxivi 
2015 Xəbər Arxivi 
2014 Xəbər Arxivi 
2013 Xəbər Arxivi 
2012 Xəbər Arxivi 
2011 Xəbər Arxivi 
2010 Xəbər Arxivi 
2009 Xəbər Arxivi 
2008 Xəbər Arxivi 
2007 Xəbər Arxivi 
01012009
   "EVSEN" Şirkətlər Qrupunu prezidenti Ali Evsen və “EVSEN” Şirkətlər Qrupunun kollektivi bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik ünvanlamışdır.

   Ali Evsen: "Dünya Azərbaycanlıların müasir tələblər səviyyəsində yetişməsində çəkdiyiniz zəhmətə görə yeni il bayramı münasibəti ilə təbrik etmiş və hamıya bu təqdirəlayiq işdə yeni-yeni uğurlar arzu etmişdir. Arzu edirəm bu il bütün Azərbaycan üçün düşərli və uğurlu olsun".

   Daha sonra "EVSEN" Şirkətlər Qrupunun 2009 cu ilin ilk hədiyyəsi kimi yeni saytının təqdimat mərasimi keçirilmişdir. Sayt özünəməxsusluğu ilə saytın köhnə versiyasından bir çox üstünlükləri ilə fərqlənir. Necə deyərlər Yeni iliniz və Yeni saytınız MÜBARƏK "EVSEN" Group.

   Ən xoş arzularla,
   Ali Evsen.

02Fevral2009
   Fevralın 23-də Gülüstan sarayında 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

   Sarayın girişində ötən beş il ərzində regionlarda görülən işlərin nəticəsini əks etdirən, ölkənin 9 iqtisadi rayonunu əhatə edən yerli şirkətlərin istehsal etdiyi müxtəlif növ məhsullardan ibarət sərgi təşkil olunub.

   Prezidenti İ.Əliyev konfransda çıxış edərək 2004-2008-ci illər üçün nəzərdə tutulmuş “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın vaxtından əvvəl və daha böyük həcmdə icra olunduğunu deyib. Dövlət başçısı bildirib ki, 5 il ərzində keçdiyimiz yol deməyə əsas verir kİ, bölgələrin əsas problemləri həll olunub. Regionların inkişafının yeni müəssislərin yaradılmasına, çoxlu iş yerlərinin açılmasına xidmət göstərdiyini deyən Dövlət başçısı ölkədə sahibkarlığın inkişafı üçün dövlətin həm mənəvi, həm siyasi həm də maddi dəstək verdiyini söylədi . Görülən işlər statistik rəqəmlərdə də öz əksini tapır.

   Prezident İ.Əliyev:”Son 5 ildə Azərbaycan İqtisadiyyatı 2,6 dəfə artıb. Sənaye istehsalı artımı nəticəsində 766 min yeni iş yeri açılıb.Yoxsulluğun səviyyəsi aşağı düşüb. Büdcə xərclərimiz 12 dəfədən çox artıb. Bu statistika göstərir ki, son 5 ildə uğurlu yol keçmişik və bunu şəhərlərimizin simasında görürük. Bu bizə imkan verir ki, Azərbaycanın müasirləşməsi istiqamətində daha ciddi addımlar atılsın. Məqsədimiz Azərbaycanı qabaqcıl ölkələr səviyyəsinə çatdırmaqdır. Proqramların icrası deməyə əsas verir ki, buna nail olacağıq”.

   Prezident İ.Əliyev son 5 il ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulmayan bir sıra məsələlərin həll edildiyini bildirib. Dövlət başçısı deyib ki, hər bir proqramın konkret icra mexanizmi, onun həyata keçirilməsi üçün ayrılan maliyyə vəsaiti var. Azərbaycanda tikintinin vüsət aldığını bildirən prezident İ.Əliyev qeyd edib ki, əgər əvvəlki illərdə ölkəmizdə böyük tikinti layihələri həyata keçirilərkən xarici şirkətlərə üz tuturduqsa, indi vəziyyət dəyişib, tikintidə yerli şirkətlərin imkanlarından səmərəli istifadə olunur. Azərbaycanın özəl şirkətləri üçün yaradılan imkanlardan danışan dövlət başçısı onların maliyyə imkanlarının genişləndiyini bildirib. Prezident İ.Əliyev ölkənin inkişafı naminə ciddi siyasi iradənin ortaya qoyulduğunu, konkret proqramların icra edildiyini, maliyyə nizam-intizamının yaradıldığını bildirib. Dövlət başçısı dünya maliyyə böhranının ölkəmizə təsirinin azaldılması üçün lazımi tədbirlərin görüldüyünü dedi. Prezident İ.Əliyev növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndiriləcəyini, ölkənin neft-qaz amilindən asılılığının daha da azalacağını söyləyib. Dövlət başçısı bunun 2004-cü ildə qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu deyib. Neft və qazla zəngin ölkələrdə bir çox hallarda təbəqələşmə prosesinin getdiyini bildirən prezident İ.Əliyev Azərbaycanda bunun tam əksinin mövcud olduğunu deyib. Azərbaycanın təcrübəsi,dövlətin apardığı siyasət göstərib ki, maliyyə imkanlarımızdan səmərəli istifadə edilib, əldə edilən gəlirlər təhsil, səhiyyə,digər sahələrə qoyulub. Ölkədə neftdən əldə olunan gəlirlərin ədalətli bölündüyünü bildirən dövlət başçısı tam şəkildə şəffaflığın təmin olunduğunu, nəticədə imkanlardan maksimum səmərəli istifadə edildiyini deyib. Prezident İ.Əliyev vurğulayıb ki, qarşıya qoyulan məsələlərdən biri bazar iqtisadiyyatı şəraitində sosial məsələlərə xüsusi diqqət ayrılmasıdır.

   Dövlət başçısı son 5 ildə nəqliyyat sahəsində görülən işlərə nəzər salıb, bu işlərin ölkəmizin strateji maraqlarına xidmət etdiyini deyib. Ölkədə 4 aeroport tikilib, tanker donanması tamamilə təkmilləşib. Bütün istiqamətlərdə, ən ucqar kəndlərə yollar çəkilib. Kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Bu sahəyə böyük həcmdə vəsait qoyulub, aqrolizinq şirkəti yaradılıb, fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxumlar verilib. 5 ildə Meliorasiya tədbirlərinə böyük diqqət yetirilib. ölkədə ərzaq təhlükəsizliyi təmin olunub. “Azərbaycan tam şəkildə özünü təmin edən ölkədir”, - deyən dövlət başçısı bildirib ki, kreditlərin verilməsi üçün digər ölkələrdən bizə təkliflər gəlir. Prezident İ.Əliyev son 5 ildə elektro-energetika sahəsində geniş miqyaslı işlərin görüldüyünü deyib. 9 elektrik stansiyasının 7-si regionlarda tikilib. Bu il daha 2 belə stansiya istismara veriləcək. Dövlət başçısı son 5 il ərzində eyni zamanda ölkədə qazlaşma prosesinin sürətlə getdiyini, 13 illik fasilədən sonra Naxçıvan MR-in qazla təmin edildiyini, tarixdə ilk dəfə Yardımlı və Lerikə qaz çəkildiyini söyləyib. Prezident İ.Əliyev bütövlükdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla icra olunduğunu bildirib.

   Bir sözlə növbəti 5 ildə həllini tapmayan məsələlər həllini tapmalıdır. Həyat yerində durmur. Biz prosesləri qabaqlamalıyıq. Ölkəmizin uzunmüddətli dayanaqlı inkişafını təmin etməliyik. bu vaxta qədər verilən bütün qərarlar düzgün olub, elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud yarımçıq qalsın. Azərbaycan xalqı yaxşı bilir ki, əgər nə demişik – edəcəyik. Əminəm nəzərdə tutulan bütün vəzifələr uğurla icra ediləcək. gedir. Prezident İ.Əliyev əvvəlcə iqtisadi rayonların və müvafiq nazirliklərin uğurlarını əks etdirən sərgi ilə tanış olub. Dövlət başçısına bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində regionların siması dəyişib, yeni istehsal müəssisələri yaradılıb. Bu da bölgələrdə işsizlik probleminin həllinə imkan verib. Bu sırada Abşeron iqtisadi rayonu diqqət çəkir. Rayonun sənaye və aqrar sənaye kompleksi əsas iqtisadi potensialı təşkil edir. Bura turizm imkanlarını da daxil etmək lazımdır. Ötən dövrdə ümumi məhsul istehsalı 2 milyon 885 min manatdan çox olub. Yeni müəssisələrin sayı 1565 olub. Abşeron iqtisadi rayonunda 2003-cü ildən başlayaraq 49 min 386 yeni iş yeri yaradılıb. Bu dövrdə 16 məktəb binasının tikilməsi, 11 səhiyyə ocağının istifadəyə verilməsi iqtisadi rayonun uğurları sırasındadır.    Dağlıq Şirvan iqtisadi rayonunda əsas iqtisadi sahələr kənd təsərrüfatı, xalq sənətkarlığı, sənaye və turizm olub. Bu sahələrin hər birinin inkişafına xüsusi diqqət ayrılıb. Ümumi məhsul istehsalının 1 milyon 140 min manatdan çox olduğu rayonda 351 yeni istehsal müəssisi yaradılıb. Yeni iş yerlərinin sayı isə 21 min 332 olub. Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələrdə əsas diqqət istehsal olunan məhsulların ixrac qabiliyyətli olmasına yönəldilib.

14Mart2009
   Başa çatmaqda olan 2008-ci il müstəqil Azərbaycanın tarixində bir neçə mühüm hadisə ilə yadda qaldı. Ölkənin sosial-iqtisadi inkişafında yeni nailiyyətlərə imza atıldı, xarici siyasətdə, xüsusən, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün bərpası çərçivəsində həll edilməsi üçün daha obyektiv zəmin yarandı, respublikamız beynəlxalq aləmdə ən islahatçı ölkə kimi tanındı və sairə.
   Oktyabr ayında keçirilmiş prezident seçkilərinə hazırlıq dövründə və bilavasitə seçki günü möhtəşəm bir mütəşəkkillik nümayiş etdirən ölkə ictimaiyyəti mart ayında keçiriləcək referendumu da çox böyük mütəşəkkilliklə dəstəkləyir.
   Bu gün Azərbaycan ölkə daxilindəki sosial-iqtisadi inkişafa, infrastruktur yeniləşməsinə, cəmiyyətin daha da demokratikləşdirilməsinə, islahatların miqyasının genişləndirilməsinə, neft diplomatiyasının ölkəmizə gətirdiyi səmərə beynəlxalq hüququn normalarına istinad edilməsinə görə özünəməxsus beynəlxalq nüfuz qazanmışdır.
   Bütün bunların iki səbəbi var: mükəmməl və hərtərəfli şəkildə işlənib hazırlanmış siyasi kurs və həmin kursu qətiyyətlə davam etdirən, ölkəni ən müasir şəkildə idarə edən siyasi lider.
   Referendum ümumdövlət və ya yerli əhəmiyyətə malik dövlət, yaxud özünüidarəetmə xarakterli qərarların qəbul edildiyi səsvermədir.
   Vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi sahəsində seçkilərlə yanaşı, referendum da mühüm yer tutur.
   "Evsen" Şirkətlər Qrupu ictimaiyyəti martın 18-də keçiriləcək referendumda yaxından iştirak etməyin tərəfdarıdır və referendumu dəstəkləyir və bu addımı alqışlayırlar. Bütün bunları nəzərə alaraq mart ayında keçiriləcək referendumu Azərbaycan xalqı arzu edir, cəmiyyət istəyir. Bu referenduma hamılıqla hazırlaşacağıq və Əsas Qanunumuza dəyişikliklər edilməsində fəal şəkildə iştirak edəcəyik.

22Mart2009
   "Evsen" Şirkətlər Qrupunun nəzdində olan "ELİTE" Ticarət və Əyləncə Kompleksində növbəti Bahar 2009 endirim fürsəti kampaniyası başlandı. İndi hər kəs “ELITE” -dən “Sizlərə endirimli bahar fürsəti tam yeni bir töhfə ilə" kampaniyasından yararlanmaq şansına sahib ola bilər.
   Kampaniyanın əsas məqsədi mükəmməl dizayn və hər zövqə uyğun ELITE televizorlarınin indi daha heyran edici qiymətlərlə satışını əks etdirməkdir. İndi 37 diaqonal 69 manat, 54 diaqonal 120 manat, 66 diaqonal 199 manat, 72 diaqonal cəmi 220 manatdir. Siz də yeniliklərdən istifadə edib rahatlığın həzzinə varın və bu endirim fürsətini əldən verməyin.
   "ELİTE" Ticarət və Əyləncə Kompleksində Siz həmçinin müxtəlif diaqonallı və funksiyalı, həyat tərzinizə uyğun ideal variantda faizsiz (qısa və ya habelə istəyinizə uyğun müddətdə) KREDİTlə digər televizor və məişət avadanlıqları almaq imkanınız da var. Ünvan: Bakı ş., Dərnəgül şossesi, Neft pr. məhəllə - 30/68 və ya "ELİTE" regional nümayəndəlikər.

Kampaniya bütün “ELİTE” filiallarında keçərlidir.
30Mart2009
    "Evsen" Şirkətlər Qrupunun prezidenti Ali Evsen və "Evsen" Şirkətlər Qrupunun idarə heyəti Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş və günahsız insanların ölümünə səbəb olan hadisə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı ünvanlamışdır.
Biz yaxınlarını itirən insanların kədərlərini bölüşürük. "Evsen" Şirkətlər Qrupunun prezidenti Ali Evsen və "Evsen" Şirkətlər Qrupunun bütün kollektivi adından zərərçəkmişlərin ailələrinə dərin hüznlə başsağlığı verir və allahdan onlara rəhmət diləyirik.

Hadisənin qurbanlarına Allahdan rəhmət və onların ailələrinə, valideynlərinə, yaxınlarına və ən əsası bütün Azərbaycan xalqına səbir və təmkinlilik diləyirik. Biz hadisədə ölənlərin ailə və dostlarının kədərini bölüşür və yaralananların tezliklə ayağa qalxmasını diləyirik. "Evsen" Şirkətlər Qrupu belə sarsıntılı və kədərli bir vəziyyətdə xalqımızla həmrəy olduğunu bildirir.
Tarixin ən kütləvi insan fəlakətinə səbəb olmuş terror aktları bir çox xalqların həyatında qara səhifə kimi yaşamaqdadır. Bu qanlı terror aktları savaş zamanı milyonlarla dinc insan faşizmin günahsız qurbanına çevrilərək, məqsədyönlü soyqırımı siyasətinə məruz qalmışdır.
Təəssüflə qeyd etmək lazımdır ki, tarixdən ibrət dərsi götürməyən ayrı-ayrı ideologiyalar bu gün də sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Son iyirmi ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasəti, kütləvi qətliamı zəmanəmizin acı gerçəkliyidir.
Belə qanlı hadisənin hər zaman xatırlanacağını qeyd edən Ali Evsen daha sonra qeyd etmişdir ki, hər il mütərəqqi dünya ictimaiyyəti azərbaycan xalqının müsibəti və qəhrəmanlığı gününü böyük ehtiramla yad edəcək. Bu hüzn günündə Şirkətlər Qrupu adından bir daha kədəriə şərik olduğumuzu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirik.
Xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq. Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayırıq.
26Noyabr2009
Prezident Şamaxıya səfər edib. Şamaxıda "Azərelektronika" məişət cihazları istehsalı zavodu istifadəyə verilib.

   Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişaf proqramının icrasıyla tanış olmaq məqsədilə bu gün Şamaxı rayonuna səfər edib.
   Azərbaycan prezident İlham Əliyev Şamaxı rayonunda Regional Müalicə Diaqnostika Mərkəzinin Mərkəzinin açılışı mərasimində iştirak edib. Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.
   Müalicə Diaqnostika Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa olunub və müasir avadanlıqlarla təchiz edilib.
   Daha sonra ölkə başçısı "Evsen" Şirkətlər Qrupunun rayonda inşa edilən "Azərelektronika" məişət cihazları istehsalı zavodunun açılış mərasiminə qatılıb. Müəssisənin kollektivi dövlət başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb, istehsal prosesini izlədi. Məlumat verildi ki, 13 hektar sahəni əhatə edən zavodun inşasına 2005-ci ildə başlanılmış, tikinti işləri 2008-ci ilin mayında başa çatdırılmışdır. İstehsal sahəsi 20 min kvadratmetr olan zavodda kondisioner sexi fəaliyyət göstərir. Burada ilkin mərhələdə 250 nəfər işlə təmin olunmuşdur. Zavodun istehsal gücü ildə 600 min kondisionerdir. Gələcəkdə müəssisədə soyuducu, tozsoran və digər məişət avadanlığı sexlərinin yaradılması nəzərdə tutulur. Həmin sahələr istifadəyə verildikdən sonra zavodda 1000 nəfər işlə təmin olunacaqdır. Burada Türkiyədən, Malayziyadan, İrandan gətirilən xammaldan, habelə yerli materiallardan istifadə olunacaqdır. Bundan əlavə, zavodda boya, polifon, plastik kütlə əridən sexlər, 250 tonluq 6 hidravlik pres də quraşdırılmışdır.
   Prezident İlham Əliyev müəssisədə istehsal olunmuş məhsullara baxdı, zavodun inzibati binası ilə tanış oldu.

Əsas səhifə
Saytın xəritəsi
Linklər