Ðóññêàÿ âåðñèÿ English version
05 Noyabr 2018
Evsen Şirkətlər Qrupu və Evsen Fondu İspaniyada "III Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda Beynəlxalq Konfrans keçirtdi
24 Aprel 2018
"Evsen" Şirkətlər Qrupunun Prezidenti Ali Evsen Türkiyənin Baş Naziri Binəli Yıldırımla görüşünə dəvət olundu
15 Aprel 2018
"Evsen" Group və "Evsen" Fondunun Prezidenti Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq kraliça Sofiyaya təqdim etdi
15 Aprel 2018
"Evsen" Fondunun təşkilati dəstəyi ilə Madriddə XXIII "KERMES 2018" beynəlxalq xeyriyyə bazarı keçirilib
07 Noyabr 2017
İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında "Evsen" Şirkətlər Qrupu və Foundation "Evsen"in prezidenti Ali Evsen cənablarını qəbul edib
07 Noyabr 2017
İspaniya prezidenti Mariana Raxoy kral sarayında "Evsen" Şirkətlər Qrupu prezidenti Ali Evsen ilə görüşdü
06 Noyabr 2017
"Evsen" Şirkətlər Qrupu və Fundacion "Evsen"in təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə "II İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda
08 Avqust 2017
"EVSEN" Şirkətlər Qrupu ölkəmizin sənaye potensialına öz töhfələrini verir!
2016 Xəbər Arxivi 
2015 Xəbər Arxivi 
2014 Xəbər Arxivi 
2013 Xəbər Arxivi 
2012 Xəbər Arxivi 
2011 Xəbər Arxivi 
2010 Xəbər Arxivi 
2009 Xəbər Arxivi 
2008 Xəbər Arxivi 
2007 Xəbər Arxivi 
10052013
Ali EVSEN: HEYDƏR ƏLİYEV AZƏRBAYCANI REGİONUN İQTİSADİ CƏHƏTDƏN ƏN İNKİŞAF ETMİŞ QÜDRƏTLİ DÖVLƏTİNƏ, SİYASİ CƏHƏTDƏN ƏN STABİL ÖLKƏSİNƏ ÇEVİRMİŞDİ

Azərbaycan xalqının görkəmli oğlu, bütün türk dünyasının hörmət və ehtiramını qazanmış əvəzsiz dövlət xadimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə ölkədə anarxiya tüğyan edirdi. Azərbaycan vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qalmışdı. 1993-cü ilin iyununda xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində qəti addımlar atılmış, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır. 1994-cü ildə atəşkəs əldə edildikdən sonra Azərbaycan xalqının ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməklə yanaşı, ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami ordu formalaşdırılmışdır.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış iqtisadi inkişaf konsepsiyasının, neft strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın regionda nüfuzlu geostrateji mövqeyi və beynəlxalq siyasi aləmdə rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Ümummilli liderin həyata keçirdiyi ardıcıl, məqsədyönlü islahatlar ölkənin hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən əhalinin maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən çox güclü iqtisadi potensiala malik bir dövlətə çevrilmişdir.

Ömrünü xalqın xoşbəxt gələcəyinə həsr etmiş bir dühanın "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram" kəlamını bu gün daha aydın dərk edir, anlayırıq. Həqiqətən də, ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü Odlar diyarının tərəqqisinə, çiçəklənməsinə sərf etmişdir. Bunun üçün hər şeydən əvvəl iqtisadiyyatın möhkəmləndirilməsini vacib sayan möhtərəm Prezident ölkədə sahibkarlığın inkişafına daim diqqət göstərirdi. Xarici səfərləri zamanı həmişə imkanlı iş adamlarını respublikaya dəvət edir, onların Azərbaycanda sərbəst fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırırdı. Belə görüşlərin, çağırışların nəticəsi olaraq Azərbaycana yüzlərlə, minlərlə əcnəbi iş adamı gələrək iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda sərmayə qoyurdu. Həmin iş adamlarından ən çoxunu Türkiyə Respublikasından olan sərmayədarlar təşkil edirdi. Təsadüfi deyil ki, indi bu ölkə xarici investisiya qoyuluşuna görə, MDB-də birinci yerdədir.
Əlbəttə, iş adamları yüz ölçüb-bir biçmədən pullarını hədər yerə xərcləməzlər. Heydər Əliyevin gərgin səyləri nəticəsində yaradılmış əlverişli investisiya mühiti Azərbaycanda fəaliyyət göstərən iş adamlarının daha böyük layihələrin maliyyələşməsində iştirak etməyə ruhlandırdı.

Ümummilli lider dəfələrlə sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması üçün fərman və sərəncamlar imzalamışdır. İş adamlarının üzləşdiyi problemləri vaxtında həll etmək üçün 2002-ci ildə Prezidentin yanında Sahibkarlar Şurası yaradılmışdır. Həmin şurada iş adamlarının üzləşdikləri problemlər vaxtaşırı müzakirə olunur, həmin problemlərin aradan qaldırılması üçün qanunvericilik bazasının hazırlanaraq dövlət başçısına təqdim edilirdi. Demək istəyirəm ki, Heydər Əliyev iş adamlarına qayğısını təkcə sözdə yox, həm də əməli işdə sübut edirdi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini saymaqla qurtarmaz. O, Türkiyə – Azərbaycan dostluğunu ən yüksək zirvələrə qaldırdı. Elə bir zirvəyə ki, möhkəm təməl üzərində qurulmuş bu dostluq, qardaşlıq əlaqələri əsrlər boyu yaşayacaq, inkişaf edəcəkdir.

Ulu öndərin memarı olduğu Bakı – Tbilisi – Ceyhan ixrac boru kəmərinin işə başlaması təkcə Azərbaycan xalqının deyil, region ölkələrinin iqtisadi inkişafının sürətlənməsinə, stabilliyin möhkəmlənməsinə güclü təsir göstərməkdədir. Bilirsiniz ki, bu layihənin gerçəkləşməsi nə qədər maneələrlə, dövlət çevrilişlərinə cəhdlərlə üzləşsə də, ümummilli lider Heydər Əliyev çətinliklələrə qətiyyətlə sinə gərdi. Beynəlxalq maliyyə qurumlarını kəmərin çəkilişinə sərmayə qoymağa inandırdı.
Mən ümummilli lider Heydər Əliyevlə dəfələrlə dövlət əhəmiyyətli tədbirlərdə, sahibkarlığın inkişafı ilə bağlı müşavirələrdə yaxından təmasda olmuş, bu dahi şəxsiyyətin xalqın xoşbəxt gələcəyi naminə necə böyük işlər, qətiyyətli addımlar atdığının şahidi olmuşam. Bu gün bir şeyə tam əminəm ki, əgər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra var qüvvəsi ilə çalışmasaydı, hazırda regionda ən inkişaf etmiş,qüdrətli Azərbaycan da olmazdı.

Xalqın taleyində misilsiz xidmətləri olan bu şəxsiyyəti Azərbaycanın Atatürkü adlandıranlar, zənnimcə, heç də yanılmırlar. Atatürk XX əsrin əvvəllərində gənc Türkiyə Respublikasını keşməkeşlərdən çıxararaq müstəqil yaşamaq hüquqi verdiyi kimi, Heydər Əliyev də Azərbaycanı od-alov içərisindən mətanətlə keçirərək regionun iqtisadi cəhətdən inkişaf etmiş ən qüdrətli dövlətinə, siyasi cəhətdən ən stabil ölkəsinə çevirdi.
Heydər Əliyevin Azərbaycan xalqına olan məhəbbəti, xalqnın ona olan sevgisi ümummilli liderin dəfn mərasimində bir daha özünü biruzə verdi. Dəfn mərasimində xarici dövlətlərin – Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və bir çox başqa ölkələrin dövlət və hökumət başçılarının iştirakı dediklərimə əyani sübutdur. Türkiyə Respublikasının sabiq Prezidenti Əhməd Necdət Sezərin, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, eləcə də nüfuzlu dövlət və siyasət xadimlərinin mərhum Prezidentlə vidalaşmağa gəlməsi bu böyük insana türk xalqının sevgi və məhəbbətinin təzahürü idi.

Dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurub yaratdığı dövlətə on ilə yaxındır onun yolunu, ideyalarını ləyaqətlə davam etdirən bir şəxs – cənab İlham Əliyev rəhbərlik edir. Azərbaycan öz yolu – Heydər Əliyev yolu ilə günü-gündən inkişaf edir, iqtisadi cəhətdən stabil bir dövlətə çevrilir.


Ali EVSEN, "Evsen" Şirkətlər Qrupunun Prezidenti

Əsas səhifə
Saytın xəritəsi
Linklər