Русская версия English version
05 Noyabr 2018
Evsen Şirkətlər Qrupu və Evsen Fondu İspaniyada "III Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda Beynəlxalq Konfrans keçirtdi
24 Aprel 2018
"Evsen" Şirkətlər Qrupunun Prezidenti Ali Evsen Türkiyənin Baş Naziri Binəli Yıldırımla görüşünə dəvət olundu
15 Aprel 2018
"Evsen" Group və "Evsen" Fondunun Prezidenti Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq kraliça Sofiyaya təqdim etdi
15 Aprel 2018
"Evsen" Fondunun təşkilati dəstəyi ilə Madriddə XXIII "KERMES 2018" beynəlxalq xeyriyyə bazarı keçirilib
07 Noyabr 2017
İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında "Evsen" Şirkətlər Qrupu və Foundation "Evsen"in prezidenti Ali Evsen cənablarını qəbul edib
07 Noyabr 2017
İspaniya prezidenti Mariana Raxoy kral sarayında "Evsen" Şirkətlər Qrupu prezidenti Ali Evsen ilə görüşdü
06 Noyabr 2017
"Evsen" Şirkətlər Qrupu və Fundacion "Evsen"in təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə "II İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda
08 Avqust 2017
"EVSEN" Şirkətlər Qrupu ölkəmizin sənaye potensialına öz töhfələrini verir!
2016 Xəbər Arxivi 
2015 Xəbər Arxivi 
2014 Xəbər Arxivi 
2013 Xəbər Arxivi 
2012 Xəbər Arxivi 
2011 Xəbər Arxivi 
2010 Xəbər Arxivi 
2009 Xəbər Arxivi 
2008 Xəbər Arxivi 
2007 Xəbər Arxivi 
25012015
      Ali Evsen Türkiyənin dövlət televiziya kanalına geniş müsahibə vermişdir.
   Azərbaycanda və Avropada kifayət qədər tanınan, türk iş adamı "Evsen" Şirkətlər Qrupunun prezidenti Ali Evsen bu günlərdə Türkiyənin “Ülkə” televiziya kanalına müsahibə vermişdir. Müsahibədə bu gün dünyada baş verən ictimai-siyasi hadisələr, ABŞ-Rusiya, Aropa Birliyi-Türkiyə, Rusiya-Ukrayna, yaxşın Şərq, eləcə də Azərbaycanda baş verən proseslərə münasibət bildirilir. Qeyd olunur ki, bu gün dünya iqtisadiyyatındakı geriləmələrin, iqtisadi çətinliklərin bitməsi üçün ilk növbədə Avropada Fransa, Şərqdə isə Çin kimi nəhəng dövlətlərdə iqtisadi böhranın sona çatması, hazırda dünyanın superdövlətləri olan Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı münasibətlərin istiləşməsi vacibdir.Yalnız o zaman dünyada dirçəliş və tərəqqidən söhbət açmaq mümkündür.
   Ali Evsen qeyd edir ki, artıq dünyada insanları alışdırdıqları zənginlik bitmişdir. Bir çox ölkələrdə əhalini zəngin yaşamağa öyrətdilər, şərait yaratdılar. Lakin bu çox hallarda israfçılığa,süi istifadəyə gətirib çıxarmışdır. İndi sabahını düşünən sağlam düşüncəli hər kəs əlində olana qənaət etməli, günü-gündən dərinləşən iqtisadi böhrandan çıxmaq haqqında düşünməlidir.
   "Evsen" Şirkətlər Qrupunun prezidenti Türkiyəni Avropa Birliyinə qəbul edilməsi məsələsinə toxunaraq vurğulayır ki, bu ali quruma üzv olan ölkələr böyük mədəniyyətlərə sahibdir. Bu baxımdan Türkiyə Avropa Birliyinə, Avropa Birliyi isə Türkiyyəyə çox şey verə bilər.
   Fransadakı son hadisələrə xatırladan A. Evsen qeyd edir ki, Türkiyə Avropanın yanında, yəni Avropa Birliyinin tamhüquqlu üzvü olmalıdır. Türkiyə Avropanın Şərqə doğru qapısıdır. Biz Fransada karikaturaçıların ölümünə sevinmirik. Ölən və öldürən Fransa vətəndaşlarıdır. Biri müsəlman, biri ateist. Dünyadakı tolerantlığı dinsizlərə görə pozmaq olmaz. Eyni zamanda insanların mənəvi dəyərlərini təhqir etmək yolverilməzdir.


   Rusiyanın səyləri iə yaradılan Avroasiya birliyi məsələsinə münasibət bildirən iş adamı qeyd edir ki, hər hansı təşkilat strateji və geopolitik zərurətdən yaranarsa faydalı ola bilər. Lakin kimdənsə küsdüyü, incidiyi üçün yeni bir qurum yaradanların uğur qazanacağına ümidlər azdır. Rusiya və ABŞ öz aralarında nə qədər tez dil tapsalar, onda bir çox problemlər asanlıqla həll olunar. Ancaq proseslər belə davam edərsə dünyada yoxsulluq artacaq.
   Ölkəmizə qəlbən bağlı olan Ali Evsen müsahibəsində daha sonra bildirir ki, Azərbaycan adını eşidəndə çox duyğulanıram. Ömrümün ən önəmli 25 ili orada keçib. Azərbaycan qısa müddətdə çox ölkələrin bacara bilmədiyi bir uğura imza atmışdır.
   Sonda müasir Türkiyənin qazandığı uğurlara toxunan Ali bəy ölkəsinin gələcək inkişafı üçün milli birliyin vacibliyini qeyd edir.




02Fevral2015
   25 il Sizin xidmətinizdə olduq. Bir çox yeniliklərə imza atdıq, hər zaman Sizinlə olduq və bununla qurur duyduq.
   İndi YUBİLEY kampaniyası ilə əlaqədar kondisioner cəmi 280 manatdan, paltaryuyan 310 manatdan, 32 LED televizor 200 manatdan və hər növ məişət avadanlıqları BÖYÜK endirimlər və 3 il zəmanətlə.

   ÜNVAN: ELITE satış nöqtələri. Telefon. 441-14-48, 441-14-58



29Iyun2015
   "Evsen" Şirkətlər Qrupunun prezidenti Ali Evsen Bakı-2015 I Avropa Oyunlarında qələbə qazanan Milli Olimpiya idmançılarımıza təbrik ünvanlamışdır:

   "Hörmətli dostlar! Bakı 2015 Birinci Olimpiya Oyunlarında ölkəmiz medal hesabında ikinci pillədə qalib olub. İlk dəfə olaraq bizim yığmamız ölkə idmanında yeni parlaq səhifə yazıb və çox vacib yüksəkliyi fəth edib. Sizləri təbrik edirəm!

   Yarışlar gərgin keçib. Uğur təkcə şəxsi ustalıqdan yox, psixoloji dayanaqlılıq, komandanın birliyi və iradə gücündən asılı olub. Siz tam mənası ilə bu xüsusiyyətləri nümayiş etdirdiniz. Məşqçilərə, sizlərə yarışlarda layiqincə çıxış etməkdə yardımçı olmuş bütün hər kəsə xüsusi təşəkkürlərimi çatdırıram.

   Sizlər birlikdə sübut etdiniz ki, bizim yığmamızın böyük potensialı və yaxşı ehtiyatları var. Əminəm ki, bu, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarında Azərbaycanın uğurlu iştirakının təminatı olacaqdır. Bir daha sizləri zəfər münasibətilə təbrik edirəm! Qazanılan hər qələbə hər bir Azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. Bütün qazanılan qələbələrə sevinir, idmançılarımızı və bütün xalqımızı ürəkdən təbrik edirik. Və "Evsen" Şirkətlər Qrupu adından ölkəmizi təmsil edən hər bir idmançı ilə fəxr edirik. Sizlərə sağlamlıq və yeni qələbələr arzulayıram".
Əsas səhifə
Saytın xəritəsi
Linklər