Русская версия English version
   XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan Respuplikası bu gün hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir.
   Azad bazar iqtisadiyyatının və özəl sektorun inkşafına önəm verildiyi bir zamanda əlverişli geopolitik məkanda yerləşən müstəqil Azərbaycan dövlətimizin paytaxtı olan Bakı şəhərində "Elite" Ticarət və Əyləncə Mərkəzi uğurla fəaliyyət göstərməkdədir.
   Geniş alıcı auditoriyasına və müasir tələblərə uyğun xidmət personalına malik bu mərkəzdə beynəlxalq standartlara uyğun "Elite" qonaq evi-oteli də ucalır.
   Xatırlatmaq istərdik ki, zəngin mədəniyyətə və qonaqrərvərlik ənənələrinə malik Azərbaycan torpağında ilk mehmanxanalar Şamaxanın Mərəzə kəndində (IV əsr) yaranmışdır.
   Sağlam rəqabətin və uğurlu inkşafın tələblərinə tam cavab verən "Elite" otelinin şəhər mərkəzində deyil, mərkəzə yaxın bir ərazidə yerləşdirilməsinin, təbii ki, istifadəçilərin, qonaqların marağına həqiqi mənada xidmət edən səbəbləri vardır ki bu da özünü hər məqamda biruzə verir; 71 otaq, beynəlxalq və lokal telefon xətti, mərkəzi və idarə olunan havalandırma sistemi, sutka ərzində isti və soyuq su, mühafizə xidməti, ödənişsiz internet xidməti, quru təmizləmə servisi, 24 saat fəaliyyət göstərən restoran, bar və digər xidmətlər konfort və rahatlığın təminatçısı kimi qonaqların istifadəsinə verilir.
   Otel rəhbərliyi həmçinin, qonaqların lazımi səviyyədə qarşılanması və yola salınmasının da qayğısına qalır və bu tədbirin yüksək səviyyədə həyata keçirilməsinə nəzarəti daima gücləndirir.
   Qonaqpərvər Azərbaycan xalqının küləklər şəhəri olan Bakı adlanan paytaxtında maraq doğura bilən adət və ənənələrini yaşatmaq yalnız tarixçilərin və ölkə rəhbərliyinin deyil, həmçinin ayrı-ayrı iş adamlarının, quruculuq və inkişaf tərəfdarı olan yaradıcı insanların da üzərinə böyük məsuliyyət qoymuş olur.
   "Elite" oteli onun pillələrinə ilk dəfə qədəm qoymuş insanların, o cümlədən şəhərimizin daimi qonaqlarının xidmətində layiqinsə durmaq üçün əldə edilmiş nailiyyətlərlə kifayətlənməyərək yeni-yeni xidmət üsulları axtarışındadır.

   URL: www.elitehotel.az
"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elite" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər