Ðóññêàÿ âåðñèÿ English version
   EVSEN şirkətlər qrupunun ictimai nəqliyyatda olan böyük təcrübəsinin təməli 1995-ci ildə qoyulmuşdur. Qeyd olunan tarixdə EVSEN şirkətlər qrupunun prezidenti cənab Əli EVSEN ilk dəfə olaraq Azərbaycana çoxlu sayda Renault markalı avtomobilləri gətirməklə yeni və sivil taksi xidmətinin təməlini qoymuş oldu. Bununla da ölkədə sivil taksi mədəniyyətinin yüksəldilməsinə təkan verildi. Belə ki, taksi sürücüləri ilə qurulan münasibətlər sistemi Bakı şəhərinin və eləcə də, respublikanın digər bölgələrinin keyfiyyətli və təhlükəsiz taksi xidmətinə olan ehtiyacını ödəməklə yanaşı, sürücülüklə məşğul olan insanların da sonradan bu avtomobillərə sahib olmaqla kiçik sahibkarlara çevrilməsini təmin etdi.
   EVSEN şirkətlər qrupu hal-hazırda da ictimai nəqliyyatın taksidə sərnişindaşıma növü ilə fəaliyyətini davam etdirir. 2006-cı ilin İyul ayında EVSEN şirkətlər qrupunun nəzdində STAR TAKSİ şirkəti yaradıldı. STAR TAKSİ şirkətində istismara buraxılmış avtomobillər Azərbaycan Respublikasının Şamaxı rayonunda EVSEN şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən AZE–SAMAND avtomobil zavodunda istehsal olunan AZSAMAND avtomobilləridir. Qeyd etmək lazımdır ki, AZSAMAND avtomobilləri yüksək texniki göstəricilərə malik və istər sükan arxasında, istərsə də sərnişin qismində zövq və rahatlığın vəhdətini nümayiş etdirən avtomoblidir.   
   İlkin mərhələdə 10 avtomobil ilə fəaliyyətə başlamış STAR TAKSİ şirkəti hal-hazırda avtomobillərin sayını 1000 -ə çatdırmışdır. Cari ilin sonuna qədər istismarda olan avtomobillərin sayı 2000 ədədə çatdırılacaqdır.
   Burada da sürücülər şirkətlə ikitərəfli qaydada razılaşdırılmış şərtlər və müddət çərçivəsində istifadə etdikləri AZSAMAND avtomobillərinə sahib olmaqla fərdi sahibkarlara çevrilmə imkanına malikdirlər.
   Sərnişinlərin bu şirkətin taksi xidmətlərindən razı qalması göstəriciləri də yüksəkdir. Səbəb çox sadədir:
  • rahat və zövq oxşayan, ən əsası ölkə vətəndaşlarında qürur, əcnəbi qonaqlarda isə heyrət yaradan AZSAMAND avtomobili;
  • səliqəli və nəvazişli sürücü mədəniyyəti;
  • zamanında mənzil başına yetişmə;
  • məsafədən asılı olaraq münasib gediş haqqı.
STAR TAKSİ - ölkənin yüksək taksi mədəniyyətinin zirvəsi!


"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər