English version
   Məlum olduğu kimi Azərbaycan zəngin xalçaçılıq mədəniyyətinə malikdir. Evsen Şirkətlər Qrupunun Şamaxı rayonunda yaratdığı xalçaçılıq fabriki xalçaçılıq mədəniyyətimizin daim yaşamasına, ölkənin hüdudlarından kənarda tanınmasına və nəhayət, milli ruhumuzun yüksəlməsinə xidmət edir.
   Azərbaycan xalçaçılığı sahəsində tədqiqatların ümumiləşdirilməsi və xalqımızın mədəniyyəti tarixində mühüm rol oynayan Azərbaycan xalçasının çoxəsirlik inkişafı yolunun öyrənilməsi məqsədilə uzun müddətli və gərgin işlər görülmüş, Lətif Kərimov, Kamil Əliyev kimi artıq həyatdan köçmüş, lakin qədim xalçaçılıq sənəti sahəsində gərgin və qiymətli işlər görərək iz qoyub getmiş sənətkarlarımızdan - xalça rəssamlığı və ümumiyyətlə xalçaçılıq sənətindən ilham alanların yolunu davam etdirmək davamçı nəsillərin öhdəsinə düşür.
   Bizə məlumdur ki, Bakı şəhərində Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi mövcuddur. Bu muzey Azərbaycanın nadir xalçalarının saxlandığı ən iri "qoruqdur". Həmin muzeyin kolleksiyaları elə formalaşdırılmışdır ki, burada Azərbaycan xalçasının inkişafı yolu görünür. Dünya muzeylərində saxlanılan səhv olaraq "İran xalçaları" yaxud "Qafqaz xalçaları" adlandırılan məhsullardan fərqlənən Azərbycan xalçaları xalqımızın bu qədim irsini layiqincə təmsil edir.
   Xalçaçılıq sənətini yaşadanlar içərisində Evsen şirkətlər qrupunun prezidenti Əli bəy də vardır.
   Onun rəhbərliyi altında fəaliyyət göstərən Şamaxı xalçaçılıq fabrikinin gördüyü işlər təkcə məişətə deyil xalqımızın və mədəniyyətimizin zəngin irsinin qorunub saxlanmasına da xidmət edir. Sözsüz ki, o, bu çətin və məsuliyyətli işə başlamazdan əvvəl, Azərbaycan xalçaları kolleksiyaları ilə tanışlıqdan bəhrələnmişdir.
   "EVSEN" Şirkətlər Qrupu nun nəzdində fəaliyyət göstərən xalçaçılıq fabriki 2003 cü ildən Şamaxı şəhərində fəaliyyət göstərir. Fabrikin 100-dən artıq işçisi var, bundan başqa bəzi evdar qadınlar da işə cəlb olunmuşlar.
   Burada əsasən Azərbaycan xalça məktəbinin unudulmuş milli çeşidlərinə əsasən xalılar toxunur.
"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
FEVRAL 20, 2016
Ali Evsen Türkiyənin nüfuzlu "Bloomberg Turk" telekanalına müsahibə vermişdir.
MART 14, 2015
Ali Evsen Türkiyənin "Kanal 7 Avropa" televiziya kanalına müsahibə vermişdir.
YANVAR 25, 2015
Ali Evsen Türkiyənin "Ülkə" televiziya kanalında: Azərbaycanın bu günkü səviyyəyə çatmasında İlham Əliyevin xidmətləri danılmazdır.
Əsas səhifə
Saytın xəritəsi
Linklər