 |
 |
 |
 |
Bizim missiyamız Azərbaycan xalqı naminə çalışaraq, fasiləsiz olaraq yeni fabrik və müəssisə şirkətləri yaratmaqdır. Müştərilərimizə daim keyfiyyətli və zəmanətli mal və xidmət təqdim edərək, onlarda şirkətlərimiz və təqdim etdiyimiz mallar haqda davamlı məmnuniyyət hissi yaratmaqdır. İşçilərimizin iş qabiliyyətlərini və işə olan meyllərini artırmaq, bununla da insanların böyük əksəriyyətinə qayğıkeş olmaq və Azərbaycan xalqının dəyərlərini möhkəmləndirməkdir. |
 |
 |
|
 |
|
 |
|
 |
|
 |
 |
 |
Daim inkişafda olan EVSEN şirkətlər qrupu regionlarda istehsal müəssisələri yaratmaqla bərabər satış şəbəkəsini də genişləndirmişdir. Satış şəbəkəsi coğrafi baxımdan Azərbaycanın müxtəlif rayonlarında qurulmuşdur. Regionlarda filialların və nümayəndəliklərin açılmasında əsas məqsəd insanların mal və əmtəələri əlverişli kredit şərtləri ilə yaşadıqları ərazidə əldə etmə imkanlarını artırmaqdır.
Quruluş sxeminə görə isə EVSEN şirkətlər qrupunun satış şəbəkəsinə ELİTE Kredit Mərkəzinin filialları və STAR MMC zavodunun satış nümayəndəlikləri daxildirlər.
Yaradılmış satış şəbəkəsi vasitəsilə EVSEN şirkətlər qrupunun istehsal sektoruna aid müəssisələrin istehsal etdikləri və xarici ticarət sektorunun idxal etdiyi mal və əmtəələrin topdansatış və pərakəndə (nağd və kreditlə) satışı həyata keçirilir:
- Müxtəlif növ müasir tipli STAR və ELİTE televizorları (PLAZMA, LCD və sadə tipli);
- STAR soyuducuları;
- STAR paltaryuyan maşınları;
- ELİTE qaz plitələri;
- STAR DVD, VCD və AUDİO qəbulediciləri;
- ELİTE kondisionerləri;
- Sürət və rahatlığın vəhdəti olan AZSAMAND markalı avtomobillər;
- EVSEN şirkətlər qrupuna daxil olan Xalçaçılıq fabrikində toxunan xalçalar;
- Müxtəlif xarici ölkələrdən gətirilmiş çeşidli mebel dəstləri, çilçıraqlar və digər ev (məişət) avadanlıqları.
Nümayəndəliklər:
STAR MMC zavodunun satış şəbəkəsini STAR satış departamenti idarə edir və eyni zamanda, nümayəndəliklərlə münasibətləri tənzimləyir. Nümayəndəliklərin sayı 40 bərabərdir. Onlar Bakı şəhərinin müxtəlif bölgələrində olduğu kimi respublikanın müxtəlif rayonlarında da mövcuddurlar. Hər bir nümayəndəlik qarşılıqlı rəsmi razılaşma əsasında STAR MMC zavodunun ən son texnologiya ilə istehsal etdiyi müxtəlif növ və modern STAR televizorlarının, STAR soyuducularının, STAR paltaryuyan maşınlarının, ELİTE kondisionerlərinin və digər məişət elektrik texnikasının yüksək səviyyədə realizə olunmasını öhdələrinə götürmüşdür. Belə ki, davamlı hesabatlar və araşdırmalardan öhdəliklərin lazımınca yerinə yetirlməsi müşahidə olunur. Buna sübut olaraq STAR və ELİTE markalarının artıq bütün Azərbaycanda yüksək keyfiyyət və sərfəli qiymət nişanələri kimi tanınmasını qeyd etmək olar.
|
|