Ðóññêàÿ âåðñèÿ English version
   Bizim məqsədimiz – Sizin rahatlığınızdır !!!

1. Zəmanət - zəmanət talonu ilə müəyyən olunmuş müddətlər və şərtlər daxilində Satıcının satdığı malın və dəyişdirilən ehtiyat hissələrinin normal çalışması barədə Alıcı qarşısında götürdüyü öhdəlikdir.
2. Servis (təmir) xidməti özündə, daxili və xarici blokların təmizlənməsi, freon, drenaj (su şlanqlarının birləşməsi və.s) və elektrik sisteminin müayinədən keçirilməsi, malın bütün rejimlərdə testdən keçirilməsi, freon qazı ilə doldurulması (lazım olduqda) kimi xidmətləri birləşdirir.
3. Pulsuz servis (təmir) xidməti yalnız zəmanətə daxil olan şərtlər əsasında və zəmanət müddəti ərzində göstərilir
4. Satıcının satdığı kondisionerlərə onların satıldığı gündən etibarən 3 il, paltaryuyan maşınlara və soyuduculara 2 il, televizorlara 1 il zəmanət verir və 3 il ərzində servis (təmir) xidməti göstərir.
5. İstehlakçı zəmanət talonunun keçərli olması üçün onun düzgün doldurulmasına, talonun üzrərində dəyişikliklərin edilməməsinə, satış və quraşdırma qaiməsində zəmanət müddətinin qoyulmasına, satılmış malın adının, modelinin seriya nömrəsinin düzgünlüyünə, satıci tərəfindən quraşdırma səlahiyyəti verilmiş şəxsin qaimədə möhürünün olmasına fikir verməlidir.
6. İstehlakçı tərəfindən təlimatda göstərilmiş istismar qaydalarına riayyət edilməməsi nəticəsində malda yaranan qüsurların bərpası zəmanətə daxil deyil.
7. Mallara aşağıdakı hallarda zəmanət şərtləri şamil olunmur:
  • malın təmiri və quraşdırılması Satıcının səlahiyyət vermədiyi üçüncü şəxs tərəfindən həyata keçirildikdə;
  • istehlakçı və ya digər şəxlər tərəfindən malın konstruktiv və ya sxematik dəyişdirilməsi aparıldıqda;
  • mal istehlakçı tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirməsi məqsədi ilə istifadə edildikdə;
  • istehlakçı tərəfindən zəmanət talonu itirildikdə.
  • qızdırıcı elementlərin üzərində ərpin yaranması nəticəsində həmin element sıradan çıxdıqda.
8. Aşağıdakı nasazlıqların bərpası zəmanətə daxil edilmir:
  • istehsalçı tərəfindən və zəmanət sənədində göstərən tələblərin riayət edilməməsi nəticəsində baş vermiş nasazlıqlar;
  • mexaniki zədələnmələr (cızığlar, çatlar , sınıqlar və.s);
  • malın daxilinə kənar əşyaların, maddələrin (su, yağ, və sair), həşaratların və eyni zamanda malın üzərinə kimyəvi maddələrin düşməsi nəticəsində yaranan zədələnmələr;
  • yanğın, sel, zəlzələ və digər qarşısı alınmaz hallar, təbii fəlakətlər(fors-major) və məişət faktorları nəticəsində yaranan zədələnmələr;
  • elektrik şəbəkəsinin nasazlığı, işıq cərayanının qeyri sabitliyi (malin texniki pasportunda müəyyən olunmuş normadan fərqlənən), qısa qapanma, eyni zamanda təbii qaz və su təhcizatının qeyri-sabit işləməsi və digər oxşar hallar nəticəsində yaranan nasazlıqlar;
  • istifadə olunmuş qeyri-standart ehtiyyat hissələri və çıxdaş materialları (frion və s.) zamanı baş vermiş nasazlıqlar;
  • istehlakçı tərəfindən malın düzgün qablaşdırılmaması, quraşdırılmaması, saxlanılmaması, məqsədinə uyğun istismar edilməməsi və düzgün nəql edilməməsi nəticəsində baş vermiş zədələmələr;
9. Mal ilə birgə verilən akssesuarlara (pult, akkumlyator batareyalar, digər elektrik qidalandırıcı elementlər, elektrik lampaları, birləşdirici qaytanlar, ötürücülər, antenalar, məlumat daşıyıcıları və.s) zəmanət verilmir.
10. Zəmanət müddəti ərzində dəyişdirilmiş hər hansı ehtiyyat hissəsinin özünə 6 ay müddətində zəmanət verilir.
11. Göstərilən malların aşağida adı çəkilən ehtiyat hissələrinə zəmanət verilmir:
  • soyuducularda: hava təmizləyənlərə (biodezodoratorlar), filterlərə, kompressorlara;
  • qaz peçlərində: elektron sisteminə;
  • tozsoranlarda: hava borularına (şlanqlara, trubkalara), fırçalara, toz kisələrinə, filterlərə;
  • paltaryuyan maşınlarda: filterlərə, su borularına (şlanqlaraına), kəmərlərə, elektron sisteminə, mühərrikə, plataya;
  • Kondisionerdə: filterlərə, su qızdıran elementlərə, pulta;
  • Kompüterdə: aksesuarlara (mouse, klaviatura, elektrik batareyası, ventilyatorlara).
Satılmış malların quraşdırılması və təmirinə Satıcının “Quraşdırma və xidmət” bölməsi və ya onun səlahiyyət verdiyi təşkilatın mütəxəssisləri tərəfindən həyata keçirilməsi tövsiyyə olunur. Eyni zamanda Satıcı “Quraşdırma və xidmət” bölməsinin olmadığı ərazilərdə (regionlarda) bu xidmətlərdən istifadə üçün sertifakatlaşdırılmış mütəxəssisələrə müraciət edilməsi məsləhət görür.

Ünvan: Bakı ş., Dərnəgül şossesi, Neft pr. məhəllə - 30/68

"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
APREL 15, 2018
Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq İspaniya kraliçası Sofiyaya təqdim etdi.
NOYABR 06, 2017
"Evsen" Fondun təşəbbüsü ilə təşkil edilən və həyata keçirilən II Beynəlxalq konfrans İspaniya hökuməti tərəfindən müsbət qarşılanaraq dəstəklənmişdir.
Əsas səhifə
Saytın xəritəsi
Linklər