 |
 |
 |
 |
2005-ci il oktyabr ayının sonunda möhtərəm prezidentimiz İlham Əliyevin özəl sektora verdiyi önəm və diqqəti nəticəsində daha bir ağır sənaye obyekti - "AZSAMAND" zavodu həyata vəsiqə aldı.
"Aziz" markalı bu yaraşıqlı avtomobillər AZSAMAND nişanəsi olaraq - "Azərbaycan İnamla Zirvələrdə" mənasını daşıyır.
Azərbaycan əhalisi artıq ailənin rahatlığına xidmət edəcək minik avtomobillərinin adi tələbat predmeti olduğunu hiss edərək gözəl dizayna malik maşina sahib olmağın real olduğunu təcrübədə görür.
AZSAMAND Fransa avtomobil markası olan Peugeot avtomobillərinin bazasında istehsal olunan avtomobil nişanəsidir. Onlar sedan tipli, gözəl dizayna malik, tam elektron paketlə təchiz olunmuş, yüksək təhlükəsizlik xüsusiyyətləri ilə, möhkəm texniki imkanlara və interyeri ilə super rahatlıq yaradır.
Müxtəlif kanallar vasitəsilə verilən reklamlar, o cümlədən "Elit Ticarət və Əyləncə Mərkəzi"nin gün ərzində qaynar xəttə çevrilmiş telefonları ilə verilən ətraflı məlumatlar əhalini son dərəcə məmnun etməklə bu avtomobilə sahib olmağın mümkünlüyünə bir daha inandırır; belə ki, kifayət qədər alıcılıq qabiliyyətinə malik olmayan maşın həvəskarları belə aylıq gəlirindən asılı olaraq müəyyən məhdudiyyətlərə qatlaşmaqla "AZSAMAND"a sahib ola bilərlər.
Kredit şərtləri içərisində ən sərfəli məqam odur ki, kreditə götürülən malın (avtomobilin) müqabilində girov tələb olunmur, belə ki, sığortalanmış maşın özü girov hesab olunur. Bədbəxt hadisə nəticəsində yararsız hala salınmış və ya oğurlanmış maşının sahibi hər il sığorta haqqı ödədiyindən eyni maşina yenidən sahib olmaq hüququna malikdir. Onu da qeyd edək ki, ilkin ödəniş tələb olunmur.
"AZSAMAND" avtomobilinin Azərbaycanın Şamaxı şəhərində istehsal olunması bu maşının ehtiyat hissələrinin əldə edilməsində xüsusi çətinliklərin olmayacağına, eyni zamanda qiymətlərin münasib səviyyədə olmasına təminat verir.
Kredit kampaniyası uğurla davam edir və artıq minlərlə adam müqavilə imzalayaraq bu maşinlara sahib olmuşlar.
Bu Azərbaycanın avtomobil istehsalı ilə əlaqədar ilk böyük və uğurlu addımıdır.
|  |
|
|
|