Šóńńźą’ āåšńč’ English version
"Elite"-də yerləşən "QUEEN" əyləncə Kompleksi Sizə aşağıdakı xidmətləri təklif edir:

Bilyard
Krallar oyunu hər kəs üçün!
«Amerika Bilyardı», «Russiya Bilyardı», «Snuker Bilyardı» - mərmər masalar, toplar, kiylər və digər yüksək keyfiyyətli aksessuarlar. Hər növ içkilər olan əla bar və geniş çeşiddə olan nadir qəlyanaltılarla rahat kafe Sizin xidmətinizdədir.

Boulinq
Oyun aləmində yenilik!
12 oyun xətti. Hər birinin uzunluğu 20 metr. Həvəskarlar və peşəkarlar üçün geniş oyun meydançası və müasir avadanlıqla təchiz olunmuş boulinq yarışları. Böyüklər və uşaqlar üçün məşqlər aparılır. Burada biz Sizə hər növ içkiləri və qəlyanaltıları təklif edə bilərik.

Buz meydançası
YENİ HƏYAT ərazisi!
186 m2 sahəsi olan buz meydançası. Bu gün bu həm böyüklər həm uşaqlar üçün ən maraqlı əyləncədir. Buz üstə sürüşmənin sirlərini öyrənmək istəyən hər bir kəs üçün fərdi məşqələlər keçirilir. Yüksək keyfiyyətli konkilər və sürüşmə zamanı təhlükəsizlik aksessuarları da təqdim olunur.

Restoran
Dünyaya iştaha ilə baxın!
«Pearl» Restoranı Sizə zövqünüzə və istəyinizə uyğun olan Avropa mətbəxinin müxtəlif xörəklərini təklif edir.
Milli xörəklər. Bizim aşbaz birinci növbədə delikatesləri yaradan sənətkardır. Siz xörəklərin həm bəzənilməsində həm də hazırlanmasında iştirak edə bilərsiniz.

FAST FOOD (Qəlyanaltı)
Dadlı və tez qəlyanalaltı edin!
Xörəklərin hamısı, yüksək keyfiyyətli mətbəx avadanlığı ilə hazırlanıb, bura şəhərdə yeganə olan «Kumpir» kartofunun hazırlanması üçün nəzərdə tutulmuş soba da daxildir.

İspanaqlı və göbələkli Quishe
bişirilmiş kartof (Kumpir) tunes və zeytunla
bişirilmiş kartof (Kumpir) göbələklər və sosiskalarla
isti və soyuq sendviçlər, burgerlər, omletlər və blinçiklər

Şirniyyatlar
Hər kəsin zövqündə olan şirniyyatlar!
Əgər siz şirnisevənsinizsə, yalnız burada Siz zövqünüzcə olan şirniyyat tapa bilərsiniz. «Pastry» - (Bişirilmiş çörək) - müxtəlif növ çörəklərin bişirilməsi.
Tiramisu
Panna Cotta
Xeyirli Rulet
Seçmə tortlar
Qozlu Şokolad pirojnası
Krem karamel
Seçmə peçenye
Seçmə pudinq


Burada Siz toylar, ad günləri və digər şənliklər üçün istənilən ölçüdə tortlar sifariş edə bilərsiniz. Həmçinin Sizə ətirli qəhvənin 12 növü təklif ediləcək.

"LIVING ROOM" disko klubu
Hərəkətin azadlığını hiss edin!
Əla dizayn, işıq və səslə təchiz edilmiş möhtəşəm diskoteka. Bakının ən yaxşı disk jokeyləri və dünyanın ən yaxşı rəqs musiqisi. Ən böyük rəqs meydançası, rahat mebeli olan dayirəli yer. Rahat piştaxtası olan bar və içkilərin geniş seçimi.


Biz Sizə 500-2000 nəfərlik banketlərin keçirilməsini təklif edirik. Bu məqsədlər üçün bizim hər bir imkanımız və şəraitimiz var. BP Neft Şirkəti tez-tez bizim xidmətlərdən istifadə edir. Bu şirkətin qonaqlarının sayı yuxarıda qeyd ediləndən çox olur. Biz öz müştərilərimiz üçün əlimizdən gələni edirik və onlar həmişə bizim xidmətdərdən razı qalırlar.
Bizim işçi heyəti tibbi müayinədən keçir və bu hər ay nəzarətdə saxlanılır. Xörəklər ən yeni avadanlıqla təchiz olunmuş xüsusi mətbəxlərdə hazırlanır. Biz sifarişçilərimizə personalın səliqəliyinə və xidmətlərin yüksək keyfiyyətinə təminat veririk.

"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
FEVRAL 20, 2016
Ali Evsen Türkiyənin nüfuzlu "Bloomberg Turk" telekanalına müsahibə vermişdir.
MART 14, 2015
Ali Evsen Türkiyənin "Kanal 7 Avropa" televiziya kanalına müsahibə vermişdir.
YANVAR 25, 2015
Ali Evsen Türkiyənin "Ülkə" televiziya kanalında: Azərbaycanın bu günkü səviyyəyə çatmasında İlham Əliyevin xidmətləri danılmazdır.
Əsas səhifə
Saytın xəritəsi
Linklər