Русская версия English version
Bizim missiyamız Azərbaycan xalqı naminə çalışaraq, fasiləsiz olaraq yeni fabrik və müəssisə şirkətləri yaratmaqdır.
Müştərilərimizə daim keyfiyyətli və zəmanətli mal və xidmət təqdim edərək, onlarda şirkətlərimiz və təqdim etdiyimiz mallar haqda davamlı məmnuniyyət hissi yaratmaqdır. İşçilərimizin iş qabiliyyətlərini və işə olan meyllərini artırmaq, bununla da insanların böyük əksəriyyətinə qayğıkeş olmaq və Azərbaycan xalqının dəyərlərini möhkəmləndirməkdir.
AzSamand servis
Kondisioner servis
STAR TV servis
   İnsanların - ilk növbədə potensial alıcının ticarət zamanı alıcılıq imkanlarını genişləndirən və ona sərbəstlik verən amillərdən biri də kreditlərdir. Məlumdur ki, malın nağd ödənişlə alınması alıcıya malın nisbətən ucuz başa gəlməsi deməkdir. Belə ki, kreditlə götürülmüş malın dəyərinin hissələrlə ödənilməsinin istehsalçıya inflyasiya şəraitində ziyan vurmaması səbəbindən mal baha başa gəlir. Buna baxmayaraq əhalinin alıcılıq qabiliyyətindən asılı olmayaraq çoxluq təşkil edən hissəsi kreditlərə üstünlük verir. 20 Noyabr - 09 Dekabr 2001-ci il tarixində Azərbaycanda olmuş Dünya Bankının missiyasının arayışında kredit komponentinin icrası ilə bağlı təkliflər və tövsiyələr Azərbaycanda fəaliyyət göstərən bütün iş adamlarının marağına səbəb olaraq, özəl sektorun işində - xüsusilə EVSEN şirkətlər qrupu kimi geniş imkanlara malik bir müəssisənin də işində dəyişikliklər yaratdı. EVSEN şirkətlər qrupunun rəhbərliyi Kredit İnformasiya Məlumat Sistemi (KİMS) ilə bağlı Beynəlxalq təcrübəyə, o cümlədən, banklarda mövcud olan Microsoft Access sistemində hazırlanmış "kreditor" proqramına, habelə bankın "əməliyyat günü" sisteminə nəzər yetirdi və Azərbaycanda analoqu olmayan uzunmüddətli kredit sisteminin yaradılması məqsədilə bu sistemdən faydalandı. Ən başlıcası, bütün bu tədbirlər insanların rifahına və alıcılıq qabiliyyətinin yüksəlməsinə xidmət edir.

   EVSEN şirkətlər qrupu kredit satışı fəaliyyətinə 2003-cü ildə ELİTE Ticarət və Əyləncə Kompleksində "ELİTE-dən Sizlərə qayğı ilə..." kampaniyası ilə başlamaqla ELİTE Kredit Mərkəzinin təməlini qoymuş oldu. Belə ki, ELİTE Kredit Mərkəzi ölkə istehlakçılarına ən sərfəli şərtlərlə son texnologiya ilə istehsal olunmuş split sistemli müasir ELİTE kondisionerlərini təqdim etdi. Kampaniyanın şərtlərinə görə hər kəs üçün ayda 30 ay kredit müddətilə, faizsiz olaraq, uzunmüddətli zəmanətlə və ən əsası, ayda cəmi 10 AZN ödəməklə ELİTE kondisionerlərinə sahib olmaq imkanı yaranmışdı. Qeyd edək ki, bu kampaniya minlərlə alıcı kütləsinin böyük sevincinə səbəb oldu.

   Hal-hazırda ELİTE Kredit Mərkəzində ELİTE kondisionerlərindən başqa digəq mallar da təklif olunur. Bu mallara aşağıdakılar aiddirlər:
  • STAR MMC zavodunda istehsal olunan müxtəlif növ müasir tipli STAR və ELİTE televizorları (PLAZMA, LCD və sadə tipli), STAR soyuducuları, STAR paltaryuyan maşınları, ELİTE qaz plitələri, STAR DVD, VCD və AUDİO qəbulediciləri;
  • AZE-SAMAND avtomobil zavodunda AZSAMAND markalı avtomobillər;
  • EVSEN şirkətlər qrupuna daxil olan Xalçaçılıq fabrikində toxunan xalçalar;
  • Müxtəlif xarici ölkələrdən gətirilmiş çeşidli mebel dəstləri, çilçıraqlar, və digər ev(məişət) avadanlıqları.
   ELİTE Kredit Mərkəzi günü-gündən genişlənir və ölkənin 1 nömrəli kredit şəbəkəsinə çevrilir. Buna səbəb kredit şərtlərinin ən sərfəli olması, satılan mala verilən uzunmüddətli zəmanətlər, yüksək səviyyəli xidmət, kredit qeydiyyat proseduralarını sadəliyi və Bakıdan başqa respublikanın digər regionlarına yayılmasıdır. Kredit şərtlərinin ən sərfəli olmasına misal olaraq AZSAMAND avtomobillərinin, ELİTE kondisionerlərinin, STAR televizorlarının, mebel dəstlərinin və s. misal gətirmək olar.
EVSEN şirkətlər qrupu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin regionlarda ölkə əhalisinin sosial inkişafı proqramını rəhbər tutaraq Şamaxı rayonunda STAR MMC məişət elektrik avadanlıqları zavodunu, AZE-SAMAND avtomobil zavodunu və xalçaçılıq fabrikini yaratdı. Bununla bərabər, ən yaxın gələcəkdə AZERELEKTRONİKA soyuducu zavodunu istifadəyə verəcəkdir. Belə ki, bu da regionlarda insanların yeni iş yerləri ilə təmin olunması deməkdir. ELİTE Kredit Mərkəzinin reigonlarda filiallarının açılması da insanların mal və əmtəələri əlverişli kredit şərtləri ilə əldə etmə imkanlarını artırmaqdır. İlkin olaraq Sumqayıtda, Şamaxıda, Qəbələdə, Ağdaşda, Şəkidə, Yevlaxda və Lənkəranda ELİTE Kredit Mərkəzinin filialları fəaliyyət göstərməkdədir. Yaxın gələcəkdə də digər bölgələrdə də belə filialların açılması nəzərdə tutulmuşdur.
Bizim amalımız Sizlərə qayğıdır... !


   KREDİT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:
  1. Şəxsiyyət vəsiqəsi və onun sürəti
  2. Yaşayış yerindən arayış (Elite İnternational Management MMC-nın adına)
  3. İş yerindən əmək haqqı və vəzifə göstərilməklə arayış (Elite İnternational Management MMC-nın adına)
QEYD:
Alıci təqaüdçü olduqda Sosial Müdafiə Fondundan alınan təqaüd haqqlnda arayış təqdim olunmalıdır və təqaüdçüya övladı: oğlu və ya qızı zamin durmalıdır. Zamin duran şəxs iş yerindən arayış və şəxsiyyət vəsiqəsini təqdim etməlidir.


"Evsen" Group-un mərkəzi idarəetmə binası harada yerləşir?
"Evsen" Group-un mərkəzi idarəetmə strukturu Şamaxı şəhərində yerləşir.
"Evsen" və "Elit" şirkətləri biri-birindən nə ilə fərqlənir?
"Evsen" Şirkətlər Qrupu özündə bir sıra şirkətləri birləşdirmişdir ki, onlardan da biri "Elite" kompleksidir.
FEVRAL 20, 2016
Ali Evsen Türkiyənin nüfuzlu "Bloomberg Turk" telekanalına müsahibə vermişdir.
MART 14, 2015
Ali Evsen Türkiyənin "Kanal 7 Avropa" televiziya kanalına müsahibə vermişdir.
YANVAR 25, 2015
Ali Evsen Türkiyənin "Ülkə" televiziya kanalında: Azərbaycanın bu günkü səviyyəyə çatmasında İlham Əliyevin xidmətləri danılmazdır.
Əsas səhifə
Saytın xəritəsi
Linklər