Русская версия English version
05 Noyabr 2018
Evsen Şirkətlər Qrupu və Evsen Fondu İspaniyada "III Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda Beynəlxalq Konfrans keçirtdi
24 Aprel 2018
"Evsen" Şirkətlər Qrupunun Prezidenti Ali Evsen Türkiyənin Baş Naziri Binəli Yıldırımla görüşünə dəvət olundu
15 Aprel 2018
"Evsen" Group və "Evsen" Fondunun Prezidenti Ali Evsen 3 dinin bərabərliyini təcəssüm etdirən heykəli xatirə hədiyyəsi olaraq kraliça Sofiyaya təqdim etdi
15 Aprel 2018
"Evsen" Fondunun təşkilati dəstəyi ilə Madriddə XXIII "KERMES 2018" beynəlxalq xeyriyyə bazarı keçirilib
07 Noyabr 2017
İspaniya kralı VI Filipp Madriddəki Kral Sarayında "Evsen" Şirkətlər Qrupu və Foundation "Evsen"in prezidenti Ali Evsen cənablarını qəbul edib
07 Noyabr 2017
İspaniya prezidenti Mariana Raxoy kral sarayında "Evsen" Şirkətlər Qrupu prezidenti Ali Evsen ilə görüşdü
06 Noyabr 2017
"Evsen" Şirkətlər Qrupu və Fundacion "Evsen"in təşkilatçılığı ilə İspaniyanın paytaxtı Madriddə "II İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda
08 Avqust 2017
"EVSEN" Şirkətlər Qrupu ölkəmizin sənaye potensialına öz töhfələrini verir!
2016 Xəbər Arxivi 
2015 Xəbər Arxivi 
2014 Xəbər Arxivi 
2013 Xəbər Arxivi 
2012 Xəbər Arxivi 
2011 Xəbər Arxivi 
2010 Xəbər Arxivi 
2009 Xəbər Arxivi 
2008 Xəbər Arxivi 
2007 Xəbər Arxivi 
09022012
   Albaniya Respublikası baş naziri Sali Berişa fevralın 9 -da rəsmi nümayəndə heyəti ilə Azərbaycanda səfər etmişdir.

   Tərəfdaşlıq münasibətlərini genişləndirmək məqsədilə Albaniya Respublikası baş naziri Sali Berişa və rəsmi nümayəndə heyəti üçün ziyafət axşamı hazırlanmışdır. "Evsen" Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirə ziyalılar, deputatlar, iş adamları və rəsmi nümayəndə heyəti dəvət olunmuşdur. "Evsen" Qrupun rəhbəri Ali Evsen Albaniya Respublikası baş naziri Sali Berişanı ziyalılar, deputatlar, iş adamları və rəsmi nümayəndə heyəti ilə yaxından tanış etmişdir.

   Qonaqlar arasında baş nazirin müavini Abid Şərifov, Gənclər və İdman naziri Azar Rəhimov, Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Hacı Madər, Hacı Qalib, millət vəkilləri Ziyad Səmədzadə, Rəbiyyət Aslanova, Adil Əliyev, Novruz Aslan, Eldar İbrahimov, Fəttah Heydərov, Aqil Abbas, Mir Kazım, Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşev və bir sıra şirkət rəhbərləri və iş adamları iştirak etmişdilər.

   Tədbiri giriş sözü ilə açan Ali Evsen ilk olaraq xarici qonaqları salamladı və Azərbaycanda görməyinə məmnun olduğunu bildirdi. Daha sonra hər iki ölkənin Albaniya və Azərbaycanın daha da yaxınlaşmasını və viza rejiminin dəyişdirilməsi ilə bağlı cənab Salı Berişaya təşəkkür bildirmişdir.
   Daha sonra Ali Evsen 90cı illərin əvvəllərindən bu günkü günə kimi yaradılan şəraitə görə Ulu Öndər və onun siyasi və iqtisadi kursunu davam etdirən cənab İlham Əliyevə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki bunun sayəsində artıq Azərbaycan əvvəl olduğu kimi investor axtarışında yox, özü bilavasitə digər ölkələrə investisiya yatıran ölkə kimi çıxış etməyə başlayıb.

   Giriş sözünü Ali Evsen açdıqdan sonra Albaniya Respublikasının baş naziri cənab Sali Berişa onlara göstərilən isti münasibət və böyük ehtirama görə hamıya təşəkkürlərini bildirmişdir.
   Daha sonra baş nazirin müavini Abid Şərifov məclisə toplaşanları salamlamış və çıxışı etmişdir.

   Ziyafətin sonunda ölkəmizdə onlara göstərilən münasibətdən heyrətlənmiş Albaniya Respublikasının baş naziri cənab Sali Berişa məclisdə iştirak edənlərlə çox mehribancasına sağollaşdı.


10022012
   Albaniya Respublikası baş naziri Sali Berişa və rəsmi nümayəndə heyəti üçün ziyafət axşamından XƏZƏR telekanalında yayımlanan "Xəzər XƏBƏR" reportajı.


   Albaniya Respublikası baş naziri Sali Berişa və rəsmi nümayəndə heyəti üçün ziyafət axşamından ATV telekanalında yayımlanan "Son XƏBƏR" reportajı.


   Albaniya Respublikası baş naziri Sali Berişa və rəsmi nümayəndə heyəti üçün ziyafət axşamından ANS telekanalında yayımlanan "HESABAT" reportajı.


Əsas səhifə
Saytın xəritəsi
Linklər